Kreml “Vaqner”ə rəğbət bəsləyənlərdən narahat olduğu üçün diqqəti onların lideri Yevgeni Priqojinin dəfn mərasimindən yayındırmağa çalışıb.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
Məlumata görə, Rusiya federal kanalları Priqojinin dəfn mərasiminə əhəmiyyətli şəkildə məhəl qoymayıb:
“Bəzi Teleqram kanalları isə əsassız olaraq Priqojinin təyyarə qəzasından sağ çıxdığını irəli sürüblər. Bu da Rusiya media məkanını yalan xəbərlərlə doldurmaq və diqqəti Priqojinin dəfn mərasimindən yayındırmaq məqsədi daşıyan informasiya əməliyyatı ola bilər.
Eyni zamanda, Rusiya rəsmiləri Priqojin və ya “Vaqner”lə açıq-aşkar əlaqəsi olmayan rus ultramillətçiləri müəyyən edib, onlara senzura tətbiq etmək üçün Priqojin və onun ölümü ilə bağlı hərbi müxbirlərin fikirlərini öyrənirlər. Rusiyalı hərbi müxbirdən biri iddia edir ki, ona reklamçılar müraciət edib və ondan “Vaqner” rəhbərliyinin ölümünü demək olar ki, təhqiramiz şəkildə şişirdən bir neçə Teleqram kanalını tanıtmağı xahiş ediblər. Hərbi müxbir bundan imtina edib. O, bundan imtina etdikdə isə reklamçılardan biri onu üsyanı dəstəkləməkdə və Rusiya Prezidenti Vladimir Putinə, eləcə də Rusiya Konstitusiyasına qarşı çıxmaqda ittiham edib. Sözügedən hərbi müxbir ardıcıl olaraq Rusiya hərbi rəhbərliyini tənqid edir, əvvəllər Priqojinlə əlaqələri olan Rusiya Hərbi Hava Desant Qüvvələrinin komandanı, general-polkovnik Mixail Teplinskini dəstəkləyir. Bu hadisə ən azı onu göstərir ki, Rusiya hərbi müxbirləri Priqojinin ölümü ilə bağlı müzakirələri senzura şəklində Kremlin üslubunda işıqlandırırlar”.