Rusiyanın bir milyon nəfərə qədər səfərbərlik potensialı var. Əgər Kreml zəruri hesab edərsə, onlar orduya çağırılacaq.
AzerTimes xəbər verir ki, bu sözləri Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri Bruno Kal deyib.
O bildirib ki, Rusiya prezidenti Ukrayna ilə danışıqlara hazır deyil və cəbhədə qələbə qazanmağı hədəfləyir:
“Rusiya komandanlığı 2022-ci ilin payızında 300 minə yaxın adamı orduya cəlb edib. Bəziləri hələ də təlim keçir, bəziləri isə artıq döyüşə göndərilib”.