Kreml: Nümayəndə heyəti bu məqsədlə Pxenyandadır

Kreml: Nümayəndə heyəti bu məqsədlə Pxenyandadır

Rusiya hərbi nümayəndə heyətinin KXDR-ə səfəri Rusiya Prezidenti Vladimir Putinin Pxenyana rəsmi səfəri nəticəsində əldə olunmuş razılaşmalara uyğun olaraq həyata keçirilir.

AzerTimes xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

“Tərəflər hazırda əldə olunmuş razılıqların həyata keçirilməsi ilə məşğuldurlar”, – bildirib.

Qeyd edək ki, KXDR-in dövlət radiostansiyası Şimali Koreya lideri Kim Çen İnin Rusiya müdafiə nazirinin müavini Aleksey Krivoruçkonun başçılıq etdiyi hərbi nümayəndə heyətini qəbul etdiyini bildirib.

Teqlər: