Kreml narahatdır: Yunanlar daşınmanı azaltdı

Kreml narahatdır: Yunanlar daşınmanı azaltdı

Yunanıstandakı neft tankerlərinin sahibləri daşıdıqları Rusiya neftinin miqdarını azaldıblar.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

“Məlumatlar göstərir ki, bu ay Rusiyaya gedən Yunanıstan tankerlərinin sayı ötən ayla müqayisədə dörddə bir, iyun ayı ilə müqayisədə isə 60 faiz azalıb. Bu, Kremldəki rəsmiləri narahat edə bilər, çünki ölkənin bütün neftini dünya bazarına çıxarmaq üçün hələ də xarici gəmi operatorlarının köməyinə ehtiyacı var”, – agentlik bildirib.

Teqlər: