Rusiya sanksiyaların daha da sərtləşdirilməsi ilə belə Ukraynadakı müharibəni ən azı bir il maliyyələşdirə biləcək.
AzerTimes xəbər verir ki, bu barədə “Vaşinqton Post” Pentaqonun sızdırılan gizli sənədlərinə istinadla məlumat yayıb.
“Kreml büdcənin artan xərclərini iri biznes üçün vergilərin artırılması və “Suveren Rifah Fondu” adlanan ehtiyatların xərclənməsi hesabına ödəməyə qərar verib. Eyni zamanda, biznes tədricən sanksiyalara uyğunlaşır, yeni idxal zəncirləri qurulur. Amma ruslar banklarda xarici valyuta kəsirinin artmasından narahatdır. Onlar həmçinin qorxurlar ki, Qərb Rusiya ilə ən fəal ticarət edən Çin şirkətlərinə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etməyə başlayacaq, ya da bu şirkətlər sanksiyalardan yayınmaq üçün özləri ticarəti dayandıracaqlar”, – məlumatda qeyd olunub.