Hava hücumundan müdafiə sistemi, regional hakimiyyət orqanları PUA-ların Moskvaya və Moskva vilayətinə hücumu zamanı düzgün və yaxşı işləyib.
AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvaya PUA hücumunu şərh edərkən deyib.
Peskov hücum zamanı Rusiya Müdafiə Nazirliyinin yaxşı işlədiyini bir daha vurğulayıb.