Kreml İrəvandan bunu tələb edir – Simonyan

Kreml İrəvandan bunu tələb edir – Simonyan

Bütün böyük dövlətlərin, o cümlədən Rusiyanın öz maraqları var. Onlar da bu maraqlarını irəli çəkir.

AzerTimes xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan “Rusiya Ermənistandan Ukraynadan istədiyini istəyir, lakin burda Azərbaycan və qismən də Rusiya qoşunlarından istifadə edir” başlıqlı məqaləni şərh edərkən deyib.

“Biz bu maraqlara qarşı necə çıxa bilərik, hansı tarazlığı, hansı çıxış yolunu tapacağımızı düşünməliyik. Düşünürəm ki, hazırda əlimizdən gələni edirik və bundan sonra da edəcəyik”, – Simonyan deyib.

“Ermənistanın milyonlarla dollar qarşılığında niyə Rusiya bizə silah tədarük etmir” sualına isə o, belə cavab verib:

“Mən deyə bilmərəm ki, Baş nazir burda Rusiyanı nəzərdə tuturdu. Məndə belə bir məlumat yoxdur. Əgər belə bir şey varsa, deməli, bu, Ukraynada baş verənlərlə bağlıdır”.

Qeyd edək ki, Nikol Paşinyan yüzmilyonlarla dollar verilsə belə, Ermənistana heç kimi silah satmadığını bildirmişdi.

Teqlər: