Kreml İrəvan və Bakı ilə sıx təması davam etdirir – Peskov

Kreml İrəvan və Bakı ilə sıx təması davam etdirir – Peskov

Rusiya həm Ermənistan, həm də Azərbaycanla dialoqda əziyyətli və mürəkkəb işi davam etdirir.

AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Rusiya ABŞ Dövlət katibinin Laçın yolunun bərpası ilə bağlı Azərbaycana çağırışı ilə həmrəydirmi?” sualını cavablandırarkən deyib.

“Rusiya iki il əvvəl imzalanmış üçtərəfli sazişlərin və sənədlərin tərəflərindən biri kimi öz öhdəliklərini yerinə yetirməkdə davam edir. Həm Ermənistan, həm də Azərbaycanla çox əziyyətli və mürəkkəb işi davam etdirir”, – Peskov bildirib.

Teqlər: