Kreml ilə İrəvan arasında gizli sövdələşmə – G7 bilir

Kreml ilə İrəvan arasında gizli sövdələşmə – G7 bilir

“Böyük yeddiliy”in liderlərinin Yaponiyanın Xirosimo şəhərində keçirilən sammitinın əsas mövzusu yenə Ukrayna oldu. Əlbəttə, böyük dövlətlərin liderləri iqlim dəyişikliyi, qlobal iqtisadi durum, nüvə təhlükəsizliyi kimi mövzuları da müzakirə etdilər. Ancaq Ukrayna bütün mövzuların fövqündə idi.

AzerTimes xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analizində qeyd edilib.

Təhlildə vurğulanıb ki, toplantının ilk günü liderlər Ukrayna müharibəsiylə bağlı birgə bəyanat qəbul etdilər. Bəyanat 11 bənddən ibarət idi:

“Liderlər Ukraynaya nə qədər lazımdırsa, o qədər dəstək verəcəklərini bir daha vurğuladılar. Bu o deməkdir ki, “Böyük yeddilik” əlindən gələni edəcək ki, Ukrayna məğlub olmasın. Ancaq müzakirənin başladığı ikinci gün Rusiyanın Ukraynanın Baxmut şəhərinin işğalını yekunlaşdırdığı xəbəri gəldi. Halbuki Rusiya ordusu və “Vaqner” muzdluları aylardır şəhəri işğal etməyə müvəffəq olmur, on minlərlə itki verirdi. Ukrayna ordusu müqavimətini sona qədər davam etdirməyə çalışsa da, geridə daha münasib mövqeyə çəkildi. Bu son deyil, Ukrayna Baxmutu geri qaytarmaq uğrunda mübarizəsini davam etdirəcək.

Ukrayna Prezidenti Vladimir Zelenskinin sammitdə videokonfrans vasitəsilə iştirakı açıqlanmışdı. Buna baxmayaraq, Zelenski sammitdə iştiraka qərar verdi. Bu, Zelenski üçün ona görə vacib idi ki, liderlərlə ümumi və təkbətək söhbətlərdə Ukraynaya dəstəyin artırılması vacibliyini onlara izah etsin. Misal üçün Ukrayna ABŞ-dan F-16 təyyarələrini almağa çalışır. Vaşinqtonda bu xahişə müsbət yanaşanlar da var, mənfi yanaşanlar da. Rusiya təyyarələri Ukrayna səmasında üstünlüyə malikdilər.

“Böyük yeddilik” liderləri Rusiyaya qarşı sanksiyaların təsirli olduğunu və Rusiyanın gərlirlərinin azaldığını bildirdilər. Rusiyaya qarşı sanksiyalar daha da sərtləşəcək, siyahıya yeni şirkətlər və daha çox Rusiya vətəndaşının ismi və soyadı əlavə olunacaq. Misal üçün Böyük Britaniya siyahını 86 Rusiya vətəndaşına qədər artırıb, Kanadanın siyahısında Rusiyanın 70 şəxsi və şirkəti yer alıb. ABŞ-ın siyahısında isə Rusiyanın sanksiya altında olan şirkətləriylə əməkdaşlıq edən Ermənistan şirkətləri də var”.

Təhlildə Mərkəzin ötən ay hazırladığı analitik hesabatda Vaşinqtonla Brüsselin Rusiyanın dövlət şirkətlərini sanksiyalardan qurtulmağa çalışan Ermənistanın dövlət şirkətlərinin siyahısının dərc edildiyi xatırladılıb və bunun Ermənistanla Rusiya arasında gizli sövləşmə olmasına diqqət çəkilib.

Teqlər: