Kreml ilk dəfə olaraq Ukraynada yeni “Dnepr Qüvvələr Qrupu”nun döyüşdüyünü elan edib.
AzerTimes xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının hesabatında qeyd olunub.
“Aprelin 18-də Kreml Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın cənubundakı işğal olunmuş ərazilərə səfəri ilə bağlı press-reliz yayıb və orada Putinin “Dnepr Qüvvələr Qrupu”na baş çəkdiyi bildirilir. Bu, “Dnepr Qüvvələr Qrupu”nun mövcudluğuna dair ilk qeydlərdən biridir. “Yeni “Dnepr Qüvvələr Qrupu”nun varlığı onu göstərir ki, itkilər səbəbindən rus ordusunun təşkilatlanması dəyişib. Yeni qrupun vəzifəsi işğal edilmiş Ukrayna ərazilərinin cənub sektorunu qorumaqdan ibarət olacaq”, – hesabatda bildirilib.