Rusiya və Türkiyə liderləri arasında münasibətlər qarşılıqlı hörmət və etimada əsaslanır.
AzerTimes xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
O bildirib ki, Putin və Ərdoğan hər zaman üzərlərinə götürdükləri öhdəliklərə sadiqdirlər:
“Münasibətlər həqiqətən də qarşılıqlı etimada, hörmətə və öhdəliklərə sadiqliyə əsaslanır. Burada öz sözünü, öhdəliyini yerinə yetirmək bacarığı qarşılıqlı olaraq qiymətləndirilir”, – o bildirib.
Qeyd edək ki, bundan əvvəl Ərdoğan Putinlə münasibətlərinin dürüstlük və hörmət üzərində qurulduğunu bildirmişdi.