

Rusiya və Ukrayna arasında ölən hərbçilərin cəsədlərinin təhvil verilməsi üçün təmaslar davam edir, lakin vəziyyət gərgin olaraq qalır.
AzerTimes xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
O qeyd edib ki, tərəflər arasında qarşılıqlı fəaliyyət davam edir, lakin hələlik konkret nəticə yoxdur:
“Kontakt qurulur. Rəqəmlər müqayisə edilir, yekun anlaşma olan kimi, ümid edirik ki, bu mübadilə baş tutacaq”.