Rusiya Müdafiə Nazirliyi general-leytenant Andrey Sıçevi Baxmut istiqamətində uğursuzluğa görə komandanlıqdan uzaqlaşdırıb.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Rusiya hərbi komandanlığı Baxmutun cənubundakı Kleşiyevka və Andreyevka bölgələrində əlavə dəstək olmadan həyata keçirilən hazırlıqsız əks-hücumlara görə Sıçevi vəzifəsindən uzaqlaşdırıb. Sıçevin hazırda Rusiya ordusundakı rolu məlum deyil”, – məlumatda deyilib.
Qeyd olunur ki, Sıçev 2022-ci ilin sentyabr ayının əvvəlində vəzifəsindən azad olunana qədər Xarkov vilayətində Rusiyanın Silahlı Qüvvələrinin Qərb qrupuna komandanlıq edib.