Lukaşenko bəyan edib ki, KTMT-yə üzv ölkələr Ukraynadakı müharibə ilə bağlı bir mövqe tutmalıdır. O, üzv dövlətlərin çətin dövrdən çıxmaq üçün kompromis tapmalı olduqlarını vurğulayıb.
AzerTimes xəbər verir ki, bunu erməni analitik Hraçya Qalustyan deyib.
O bildirib ki, görünür, Ermənistandan hər şey almaq istəyirlər:
“Dövlətimizi itirmək təhlükəsi var. Bu da Rusiya ilə istənilən ittifaqın həyat üçün təhlükəli olduğuna dair daha bir sübutdur. Rusiya hər gün döyüşdə bir batalyon itirir. Heç bir səfərbərlik çağırışı Kremlə kömək etmir. Buna görə də Putin KTMT üzvü olan ölkələrdən “ət” tələb edir. Həmçinin “məkrli Qərbin sanksiyalarının tətbiqi ilə bağlı mövcud iqtisadi çətinliklərə” görə silah da istəyir, ancaq ilk növbədə, əlbəttə ki, “ət”. Lukaşenko artıq prosesdə iştirak edir. Putinə istədiyini verir. O, həmvətənlərini Ukrayna çöllərində ölümə göndərərək can da verəcək.
Bəs Ermənistan rəhbərliyi nə etməlidir? Axı Putin şübhəsiz ki, bizim vətəndaşlarımızın Ukrayna ilə müharibəyə göndərilməsini tələb edəcək. Ermənistana yaranacaq təhlükənin tam aydın olması üçün Dövlət Dumasının sədri Vyaçeslav Volodin də fikir səsləndirdi. Üstəlik, o, bunu azərbaycanlı həmkarı Qafarova ilə görüşündə etdi. Volodin Rusiya sülhməramlılarının Qarabağda müvəqqəti yerləşdirilməsi zonasında vəziyyətin həllinə Avropa strukturlarının, xüsusilə Avropa Parlamenti və AŞPA-nın cəlb edilməsi cəhdlərinə qarşı xəbərdarlıq mesajı verdi.
Bəli, formal olaraq Volodin və Lukaşenkonun bəyanatları heç bir şəkildə bağlı deyil. Amma reallıqda onlar eyni məqsəd güdür – rəsmi İrəvana təzyiq etmək. Ölkəmizdən hər şey tələb olunur, hətta həyatımız da. Qurtuluş KTMT-dən çıxmaq olardı. Lakin Kreml buna icazə verməyəcək. Buna görə də çox çətin dövrlərə hazırlaşmalıyıq”.