Moskvanın əlində ABŞ-ın Suriyadakı hərbi kontingentini gücləndirdiyinə dair sübutlar var.
AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev deyib.
“ABŞ-ın Suriyanın şimal-şərqində, eləcə də uzun müddət qanunsuz işğal altında olan Əl-Tanfda hərbi kontingentini gücləndirməsi ilə bağlı məlumatlar var”, – o bildirib.
Lavrentyev qeyd edib ki, bu, ABŞ-ın Suriyada vəziyyəti daha da destabilləşdirmək üçün cəhdləri ilə bağlı ola bilər.