Rusiya hakimiyyəti ABŞ-la diplomatik münasibətlərin səviyyəsinin aşağı salınması imkanlarını nəzərdən keçirir.
AzerTimes xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “İzvestiya”ya müsahibəsində deyib.
“İndi diplomatik münasibətlərin səviyyəsinin aşağı salınmasını ehtiva edən həll yolu mümkündürmü? Deyə bilərəm ki, bu, nəzərdən keçirilən mövzudur və araşdırılır. Bu cür qərarlar ən yüksək səviyyədə qəbul edilir. Rəqiblər bilməlidirlər ki, addım-addım geri dönüşü olmayan nöqtəyə yaxınlaşırlar. Rusiya Qərblə münasibətlərin ən kəskin fazasının təlatümlərinə baxmayaraq, heç vaxt diplomatik münasibətləri azaltmağa təşəbbüs göstərməyib”, – o bildirib.
Ryabkovun fikrincə, səfirliklərin işi lazımi kommunikasiya kanallarını qoruyub saxlayan “ağır funksiyadır” və buna laqeyd yanaşmaq olmaz:
“Bizdə səfirlərin məsləhətləşmələr üçün geri çağırılması halları olub və bu, həm də ümumi qəbul olunmuş təcrübədir. Gələcək variantların heç birini istisna etmirik. Hər şey rəqiblərimizin kimin və necə davranacağından asılı olacaq”.