Kravçuka dedik ki, nüvə silahını vermə… – Malomuj

Kravçuka dedik ki, nüvə silahını vermə… – Malomuj

Ukrayna hərbçiləri və kəşfiyyat xidməti keçmiş prezident Kravçuk və parlamentdən Rusiyadan gələ biləcək təhlükədən qorunmaq üçün nüvə silahlarının bir hissəsini saxlamağı xahiş etmişdi.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Nikolay Malomuj deyib.

“O vaxt bu məsələ ilə bağlı böyük müzakirələr gedirdi. Biz prezident Kravçuka və Ali Radaya açıq şəkildə yazdıq ki, strateji və taktiki silahların bir hissəsini saxlayaq. Güman edirdik ki, Rusiyadan təhlükə olacaq. Təbii ki, bizə ABŞ, Rusiya və nüvə klubunun digər ölkələrindən təzyiqlər olub. O vaxt konsensus yox idi, böyük müzakirələr gedirdi. Ali Radanın sədri, xüsusi xidmət orqanlarının sədrləri bizə söz vermişdilər ki, belə bir sazişin ratifikasiyasına səs verməyəcəklər. Millət vəkilləri, xüsusən də milli yönümlülər mənə and içdilər ki, heç vaxt səs verməyəcəklər, amma yenə də bunu etdilər. Şəxsən hər kəsə təzyiq olub”, – general bildirib.

Teqlər: