Xəbər - Sədrəddin Ağcayev – Trend:
Rusiyanın Krasnodar şəhərindən Bakıya aviareyslərin sayı artırılır.
AzerTimes-ın məlumatına görə, Krasnodar beynəlxalq hava limanından 4 aviaşirkət uçuşlar keçirəcək.
Qeyd olunur ki, “Nordwind” aviaşirkəti həftənin cümə günləri reysləri həyata keçirəcək. “S7Airlines” iyunun 15-dən etibarən çərşənbə axşamları uçuşlara başlayıb.
Eyni zamanda “Pegas Fly (İkar)” Krasnodardan Bakıya çərşənbə günləri, “Azimut” şirkəti isə şənbə günləri uçuşlar keçirəcək.
Qeyd edək ki, daha əvvəl Krasnodar-Bakı marşrutu ilə yalnız “Azimut” aviaşirkərti uçuşlar keçirirdi.
(Tərcümə: Orxan Nəbiyev)