Krasnodarda məktəbdə damın uçması nəticəsində 12 uşaq xəsarət alıb.
AzerTimes xəbər verir ki, bu barədə Krasnodar Vilayətinin Prokurorluğu məlumat yayıb.
“İlkin məlumata görə, 25 may 2024-cü il tarixində saat 08:18 radələrində Krasnodar şəhəri, Rıleyeva küçəsi 147-də yerləşən məktəb binasının dam örtüyü güclü külək nəticəsində qopub, nəticədə 12 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkənlərin sayı dəqiqləşdirilir”, – məlumatda bildirilir.
Krasnodarın Qərb İnzibati Dairəsinin prokuroru Vitali Olxovik hadisə yerinə gedib, hadisənin başvermə səbəbləri və şəraiti ilə bağlı araşdırma təşkil edib.