Rusiyanın Krasnodar diyarı kütləvi PUA hücumuna məruz qalıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, zərbələr Temryuk, Yeysk və Seversk rayonlarına endirilib. Hücum zamanı 4 nəfərin yaralandığı bildirilib.
PUA-lardan biri İlsk rayonundakı neft bazasının ərazisinə düşüb və yanğın baş verib. Krasnodar diyarının qubernatoru Venyamin Kondratevin sözlərinə görə, neft bazasına hücum zamanı 2 nəfər yaralanıb.