Kraliçanın ölümünə bu xəstəlik səbəb olub?

Kraliçanın ölümünə bu xəstəlik səbəb olub?

Ömrünün son aylarında Britaniya kraliçası II Yelizaveta çoxsaylı mieloma (sümük iliyi xərçəngi) ilə mübarizə aparırdı.

AzerTimes xəbər verir ki, bu barədə yazıçı, kral ailəsinin dostu Qayls Brandret deyib.

“Eşitdim ki, kraliçanın mieloması – sümük iliyi xərçəngi var. Bu da onun yorğunluğunu, arıqlamasını və həyatının son ilində tez-tez danışdığımız hərəkət problemlərini izah edirdi”, – Brandret bildirib.

Onun sözlərinə görə, mielomanın ən çox görülən simptomu sümük ağrısıdır, xüsusilə də çanaq və bel nahiyəsində rast gəlinir.

Teqlər: