Kraliça II Elizabet gecəni xəstəxanada keçirib

Böyük Britaniyanın Kraliçası II Elizabet həkimlərin tövsiyəsi ilə Şimali İrlandiyaya səfərini ləğv etdikdən sonra oktyabrın 21-nə keçən gecəni xəstəxanada keçirib.

Trend xəbər verir ki, bu barədə Bukinqem sarayının məlumatında deyilir.

Məlumatda bildirilir: “Həkimlərin bir neçə gün istirahət barədə tövsiyələrini əməl edərək, Kraliça çərşənbə günü ilkin tibbi müayinə üçün xəstəxananı ziyarət edib və bu gün nahar vaxtı Vindzor sarayında qayıdıb. O, yaxşı əhval-ruhiyyədədir”.

Qeyd edək ki, oktyabrın 20-si II Elizabet həkimlərin tövsiyəsi ilə Şimali İrlandiyaya səfərini ləğv edib. Həkimlər ona növbəti bir neçə günü sakit rejimdə keçirməyi tövsiyə edib.