Kraldan Bəşər Əsədə məktub: Sammitdə gözləyirik…

Kraldan Bəşər Əsədə məktub: Sammitdə gözləyirik…

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Suriya Prezidenti Bəşər Əsədi mayın 19-da Krallıqda keçiriləcək Ərəb Liqası sammitinə dəvət edib.

AzerTimes xəbər verir ki, dəvət məktubunu Səudiyyə Ərəbistanının İordaniyadakı səfiri Naif bin Bəndər Dəməşqdə Suriyanın dövlət başçısı ilə görüşündə təqdim edib.

Qeyd edək ki, Ərəb Liqasının ötən həftə Qahirədə keçirilən iclasında Suriyanın bu təşkilatda 2011-ci ildə “dondurulmuş” üzvlüyü bərpa olunub. Ərəb ölkələri arasında yalnız Qətər qərara qarşı çıxıb.

Teqlər: