Valensiya sakinlərinin çəkdikləri əziyyəti anlayırıq, lakin istənilən zorakılığa qarşıyıq.
AzerTimes xəbər verir ki, bu sözləri İspaniya Baş naziri Pedro Sançez kral VI Filippin hücuma məruz qalması barədə açıqlamasında deyib.
“Hər cür zorakılığı rədd edirik”, – deyə o bildirib.
Qeyd edək ki, İspaniya kralı VI Filipp və həyat yoldaşı Letisiya Valensiyada daşqından əziyyət çəkənlərin hücumuna məruz qalıb. Sakinlər onlara palçıq atıblar.