İordaniya Kralı II Abdulla Əmmanda səfərdə olan İsrailin Baş naziri Yair Lapid ilə görüşüb.
AzerTimes xəbər verir ki, tərəflər Yaxın Şərqdə davamlı sülhün və təhlükəsizliyin bərqərar olması məsələlərini müzakirə edib.
Kral II Abdulla regionda dayanıqlı sülhün bərqərar olmasında Fələstin probleminin həllini mühüm amil kimi qiymətləndirib. O əlavə edib ki, İsrail bu yaxınlarda ABŞ Prezidenti Co Baydenin regiona səfəri zamanı vəd etdiyi regional iqtisadi layihələrə Fələstini də cəlb etməlidir. Kral II Abdulla problemin “iki dövlət” prinsipi əsasında həllinin ərəb ölkələri və İsrail arasında daha çox yaxınlaşmaya səbəb olacağını vurğulayıb.
Görüşdə İordaniya ilə İsrail arasında ikitərəfli əlaqələrin inkişafı, birgə iqtisadi layihələrin həyata keçirilməsi perspektivləri də müzakirə olunub.