“KPMG Azərbaycan” şirkətinə İnvestisiyalar və kapital bazarları və Konsaltinq praktikasının rəhbəri qismində yeni partnyor qoşulur

15 noyabr 2021-ci il tarixində “KPMG Azərbaycan” şirkətinə İnvestisiyalar və kapital bazarları və Konsaltinq praktikasının yerli rəhbəri kimi yeni partnyor – Rauf Atakişiyev qoşulmuşdur.

Rauf Atakişiyev audit, maliyyə və əməliyyat fəaliyyəti sahələrində 20 ildən artıq təcrübəyə malikdir. KPMG-yə qoşulmazdan əvvəl Azərbaycanın böyük sənaye holdinqlərindən birində Maliyyə direktoru vəzifəsində çalışmış və qrupun birgə müəssisələrinin Müşahidə Şurasının üzvü olmuşdur. O, sənaye sahəsində təcrübəsi ilə yanaşı, eləcə də “Böyük Dördlük” şirkətlərinin Bakı, Moskva və London ofislərində çalışaraq, neft-qaz, energetika və sənaye sektorlarından olan şirkətlər üçün audit layihələrinə rəhbərlik etmişdir.

Rauf “KPMG”-nin Azərbaycandakı İnvestisiyalar və kapital bazarları və Konsaltinq praktikalarının inkişafı üçün özünün zəngin yerli və beynəlxalq təcrübəsindən istifadə edəcək.


“KPMG Azərbaycan” şirkəti Raufu Bakı ofisində görməkdən məmnundur və inanır ki, onun Azərbaycanda İnvestisiyalar və kapital bazarları və Konsaltinq praktikasının inkişafı üzrə səyləri uğurlu olacaq. Onun müştərinin ehtiyacları barədə dərin bilikləri, habelə peşəkar təcrübəsi KPMG-nin müştərilərə təqdim etdiyi təkliflərin daha da təkmilləşdirilməsinə imkan verəcək.

Biz Raufu “KPMG Azərbaycan” şirkətində salamlayır və ona yeni işində uğurlar arzu edirik!

Teqlər: