Alimlər müəyyən ediblər ki, kovid insan beynindən 20 ilə qədər həyat alır. Bəzi xəstələr üçün infeksiyanın nəticələri ciddi travmatik beyin zədələrinə bənzəyir.
AzerTimes xəbər verir ki, bu barədə alimlərin araşdırması “Nyus-Medikal” (“News-Medical”) jurnalında dərc olunub.
“Hələ pandemiyanın ilk illərində həkimlər diqqəti “beyin dumanı”na cəlb edirdilər, əsasən də yorğunluq, yaddaş və konsentrasiya ilə bağlı problemlər toplusuna. 2022-ci ildə aparılan araşdırmaya görə, koviddən əziyyət çəkən xəstələrin 46%-i bu problemdən şikayətlənir. Liverpul Universitetinin İnfeksion Neyrobiologiya Laboratoriyasının alimlər qrupu bir il əvvəl koronavirusdan sağalmış xəstələr üzərində araşdırma aparıb. İştirakçılar koqnitiv testdən keçib, qan nümunəsi verib və beyin skanı ediliblər”, – məlumatda deyilir.
Test nəticələrindən məlum olub ki, diqqətlə əlaqəli beyinin bəzi sahələrinin həcmi azalıb və bir sıra biomarkerlər hətta travmatik beyin zədəsini göstərə bilər.