Kosta-Rikanın ən böyük beş vulkanından biri olan ölkənin şimal-qərbindəki Rinkon-de-la-Vyexa vulkanı püskürməyə başlayıb.
AzerTimes-ın məlumatına görə, bu barədə “Prensa Latina” agentliyi xəbər verib.
Məlumata əsasən, ölkə hakimiyyəti ətraf ərazilərin əhalisini çayların yaxınlığında olmamağa çağırıblar.
Vulkanın 2 km hündürlükdə kül sütunu atdığı, dağıntı və xəsarət olmadığı qeyd edilib.