Xəbər - Cani Babayeva – Trend:
Azərbaycan Gimnastika Federasiyası təlim-məşq toplanışları üçün gəlmiş Kosta-Rikanın bədii gimnastika üzrə milli komandasının məşqçisi Nataliya Brenes ilə müsahibəni təqdim edib.
Trend-in məlumatına görə, N.Bernes müsahibədə bildirib ki, bu, onun Bakıya ilk səfəridir.
Məşqçi deyib ki, bədii gimnastika üzrə güclü komandası olan Azərbaycana çoxdan gəlməyi arzulayırdı.
R.Brenes Kosta-Rika milli komandasının iştirak edəcəyi yarışlar barədə danışıb.
Onun sözlərinə görə, komanda üzvləri üçün Bakıdakı Milli Gimnastika Arenasında yaradılmış gözəl şərtlərdə məşq etmək böyük əhəmiyyət daşıyır.
O, həmçinin əlavə edib ki, təlim-məşq toplanışlarında Kosta-Rikadan üç idmançı, iki böyük və bir gənc gimnast iştirak edir.
(Tərcümə: Orxan Nəbiyev)