Kosovo NATO-ya yenidən çağırış etdi

Kosovo NATO-ya yenidən çağırış etdi

Keçən həftə Serbiya ilə Kosovo arasında gərginliyin başlamasından sonra Kosovanın Baş naziri Albin Kurti NATO müdafiə qüvvələrinin prosesdə daha güclü iştirakına çağırıb.

AzerTimes xəbər verir ki, bu barədə Kurti “Velt”ə müsahibəsində bildirib.

“Ölkəmizdə NATO əsgərlərinin və hərbi texnikasının sayının əhəmiyyətli dərəcədə artırılması Kosovoda və Qərbi Balkanların bütün regionunda təhlükəsizliyi və sülhü yaxşılaşdıracaq”, – Kurti bildirib.

O qeyd edib ki, Kosovo hazırda müdafiə xərclərini, ehtiyatda olan əsgərlərin sayını artırır:

“NATO-nun KFOR sülhməramlı qüvvələrində əsgərlərin sayının artırılması bizim müdafiə səylərimizi dəstəkləyəcək”.

Teqlər: