Kosovanın şimalında polis əməkdaşlarının sayı azaldıldı

Kosovanın şimalında polis əməkdaşlarının sayı azaldıldı

Kosovanın şimalında əsasən serblərin yaşadıqları 4 bələdiyyədə təhlükəsizliyi təmin edən polis əməkdaşların sayı yenidən azaldılıb.

AzerTimes xəbər verir ki, Kosova polisi avqustun 4-dən etibarən bələdiyyə binalarında və ətrafındakı təhlükəsizlik qüvvələrinin şəxsi heyətinin sayının daha 25 faiz azaldıldığını elan edib.

Bildirilib ki, NATO-nun Kosovadakı Sülhməramlı Qüvvələri (KFOR) və Avropa Birliyinin Qanunun Aliliyi Missiyasının (EULEX) nümayəndələri ilə bölgədəki təhlükəsizlik vəziyyətini müzakirə etmək üçün görüş keçirilib. Kosova polisi, KFOR və EULEX-in birgə qiymətləndirməsindən sonra bu barədə qərar qəbul olunub. Görüşlərin mütəmadi davam etdiriləcəyi və bölgədəki təhlükəsizlik vəziyyətinə uyğun olaraq lazımi addımların atılacağı vurğulanıb.

Teqlər: