Serbiyanın Kosovskva-Mitroviça şəhərində həyəcan siqnalı işə düşüb.
AzerTimes yerli mediaya istinadən xəbər verir ki, insanlar küçələrdə barikkada qurub.
Bildirilib ki, Yarina keçid məntəqəsininin yaxınlığında silahlı döyüşçülər yerləşdirilib.
“Vətəndaşlar Rudaredə, Priştina-Leposaviç şossesində və Zvecan şəhəri yaxınlığında barrikadalar qururlar, yollar bağlanıb”, – deyə məlumatda bildirilir.
Şahidlər atəş səsləri eşitdiklərini söyləyirlər.
İlkin məlumata görə, Kosovskva-Mitroviça şəhərində vətəndaşlar arasında bilinməyən səbəbdən qarşıdurma baş verib.