Kosovada gərginlik: 11 nəfər yaralandı

Kosovada gərginlik: 11 nəfər yaralandı

Kosovonun daxili işlər naziri Celal Sveçl Serbiya ilə sərhəddə baş verən insident nəticəsində 11 mülki şəxsin yaralandığını açıqlayıb.

AzerTimes xəbər verir ki, bu barədə N1 kanalı məlumat yayıb.

Nazirin sözlərinə görə, insident nəticəsində mülki şəxslərin və hüquq-mühafizə orqanları əməkdaşlarının avtomobillərinə də ziyan dəyib. Hadisələrin səbəbkarları isə qanunsuz silahlı cinayətkar strukturlarıdır.

Xatırladaq ki, Kosovanın əsasən serblər yaşayan Kosovska-Mitroviça şəhərində atış səsləri eşidilib və həyəcan siqnalı işə düşüb.

Teqlər: