Kosova hökuməti Merdare sərhəd-keçid məntəqəsində Serbiya məhsullarının idxalına qoyulan qadağanın ləğv olunması barədə qərar qəbul edib.
AzerTimes xəbər verir ki, Serbiya məhsulları olan ilk yük maşını sərhəd-keçid məntəqəsindən keçib.
Serbiya Prezidenti Aleksandar Vuçiç qadağanın aradan qaldırılmasının ölkə iqtisadiyyatı üçün vacib olduğunu bildirib.