Kosova ilə heç bir sənəd imzalamayacam – Vuçiç

Kosova ilə heç bir sənəd imzalamayacam – Vuçiç

AB-nin münasibətlərin normallaşdırılması planına razı olmağıma baxmayaraq, Kosova ilə heç bir müqavilə imzalamayacam.

AzerTimes xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.

“Mən dünən axşam nə icra əlavəsi ilə bağlı sazişi, nə də AB tərəfindən dəstəklənən sazişi (fevralda müzakirə olunan – red.) imzalamaq istəyirdim. Kosova ilə heç bir hüquqi qüvvəyə malik sənəd imzalamaq istəmirəm, çünki Serbiya onun müstəqilliyini tanımır”, – Vuçiç bildirib.

Serbiya prezidenti əlavə edib ki, eyni zamanda Kosova ilə normal münasibətlərin qurulmasına çalışır:

“Biz səyahət etmək, bizneslə məşğul olmaq istəyirik. 100 metrlik divarın arxasında təcrid olunmuş vəziyyətdə yaşamaq olmaz”.

Teqlər: