Heç bir dövlət kosmosda nüvə silahı yerləşdirməkdə maraqlı olmamalıdır.
AzerTimes xəbər verir ki, bu bəyanatla ABŞ-ın müdafiə nazirinin kosmik siyasət üzrə köməkçisi Con Plum Vaşinqtondakı Meridian Mərkəzində çıxış edib.
“Kosmosda nüvə partlayışı dağıdıcı nəticələrə səbəb ola bilər, xüsusən də aşağı Yer orbitinə əhəmiyyətli ziyan vura bilər”,- deyə Con Plum qeyd edib.
Vurğulayıb ki, ABŞ Rusiyanın bu cür silahların kosmosda yerləşdirilməsi ehtimalı ilə bağlı bəyanatlarına çox ciddi yanaşır.