Slovakiya Milli Bankının sədri, 2012-2019-cu illərdə maliyyə naziri Peter Kajimir respublikanın maliyyə tənzimləyicisinin rəhbəri vəzifəsini tərk etmək niyyətində deyil.
Bu barədə Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Slovakiya radiosu məlumat yayıb.
Kajimir Milli Bank rəhbərinin bu vəziyyətdə “istefa vermək haqqında çox ciddi düşünməli olduğunu” söyləyən Slovakiya prezidenti Zuzana Çaputovanın məsləhətini dinləməkdən imtina edib. Maliyyə tənzimləyicisinin rəhbəri ittihamları rədd edir və yüksək vəzifəni qoruyarkən şərəf və ləyaqətinin müdafiəsini zəruri hesab edir.
Xatırladaq ki, Slovakiya prokurorluğu Peter Kajimirin polis tərəfindən korrupsiyada ittiham olunduğunu təsdiqləyib O, Respublika Maliyyə Departamentinin keçmiş rəhbəri Frantişek İmreçə rüşvət vermək cəhdində şübhəli bilinir. İmreçenin özünün dediyinə görə, Kjhimir ona 50 min avro rüşvət verib.