Korrupsiya qalmaqalı: erməni nazir istefa verdi

Korrupsiya qalmaqalı: erməni nazir istefa verdi

Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan istefa verib.

AzerTimes xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat yayıb.

Kerobyan istefaya getməsinin səbəbləri ilə bağlı heç nə yazmayıb.

Ehtimal edilir ki, bu, İqtisadiyyat Nazirliyinin məsul şəxslərinin də iştirak etdiyi son korrupsiya qalmaqalı ilə bağlıdır.

Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi İqtisadiyyat Nazirliyində aparılan axtarışlardan sonra 7 nəfəri saxlamışdı. Həmin şəxslər tender zamanı sui-istifadə hallarına yolverməkdə və kənd təsərrüfatı layihəsinin maliyyələşdirilməsindəki pozuntulara görə şübhəli bilinirlər. Saxlanılanlar arasında Ermənistan parlamentinin sədri Alen Simonyanın gəlini Ani Gevorkyan da olub. Daha sonra Gevorkyan yerini tərk etməmək barədə yazılı öhdəlik və zaminlik şərti ilə sərbəst buraxılıb.

Teqlər: