Korrupsiya işi: AP-də 4 nəfər həbs edildi

Korrupsiya işi: AP-də 4 nəfər həbs edildi

Avropa Parlamentinin sədr müavini Eva Kayli və daha üç nəfər Belçikanın paytaxtı Brüsseldə cari dünya çempionatı ilə bağlı aparılan istintaq çərçivəsində həbs ediliblər.

AzerTimes xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Eyni zamanda, federal prokurorluq korrupsiya ilə bağlı aparılan istintaq çərçivəsində həbs olunanların adlarını açıqlamayıb, yalnız son 48 saat ərzində saxlanılan 6 nəfərdən dördünün barəsində həbs qətimkan tədbirinin seçildiyini açıqlayıb.

Prokurorluğun bəyanatına görə, daha bir avropalı deputatının evində axtarış aparılıb.

Qeyd edək ki, Eva Kayli Belçikanın paytaxtı Brüsseldə cari dünya çempionatı ilə əlaqəli korrupsiya işi ilə bağlı saxlanılmışdı.

Teqlər: