Korrupsiya hüquqpozmasına 155 cinayət işinin istintaqı tamamlanıb

Xəbər - Samir Əli -Trend:

İyulun 23-də Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluqdan AzerTimes-a verilən məlumata görə, cari ilin birinci yarımilində korrupsiya hüquqpozmasına yol vermiş 267 şəxs barəsində 155 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib.

Əlavə olaraq bildirilib ki, həmin cinayət işlərindən 72 şəxs barəsində 25 iş rüşvət alma (passiv rüşvətxorluq), 66 şəxs barəsində 43 iş rüşvət vermə (aktiv rüşvətxorluq) və şəxsi rüşvət verməyə təhrik etmə, 54 şəxs barəsində 30 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 28 şəxs barəsində 15 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 14 şəxs barəsində 8 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və digər faktlarla əlaqədar olub.

Teqlər: