Korrupsiya əməliyyatı: 23 nəfər cinayət başında yaxalandı

Korrupsiya əməliyyatı: 23 nəfər cinayət başında yaxalandı

2022-ci ilin birinci yarımili ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları tərəfindən 96 cinayət işi başlanılıb, keçirilən 22 əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 23 şəxs cinayət başında yaxalanmış, habelə 6 nəfər axtarışda olan şəxs saxlanılıb.

Bu barədə AzerTimes-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, 2022-ci ilin birinci yarımili ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində fəaliyyət göstərən “161 Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 2339 müraciətdən 63-ü üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb.

Teqlər: