Xəbər verdiyimiz kimi, Bakıda 26 günlük uşağın meyitinin ailənin razılığı olmadan xəstəxanadan qaçırılması anının görüntüləri yayılıb. Videoda “Niva” markalı maşında ikisi tibb işçisi olmaqla, 3 nəfərin ölmüş körpənin meyitini xəstəxanadan çıxarmaq istəməsi görünür.
Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat Xidmətindən AzerTimes-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda bununla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.