Korotçenko: Duqinanın qətli Ankaraya mesajdır

Korotçenko: Duqinanın qətli Ankaraya mesajdır

Rusiyalı filosof Aleksandr Duqinin qızı Darya Duqina Rusiya-Türkiyə yaxınlaşması trekində fəal işləyib – istər KİV sahəsində, istərsə də Rusiya və Türkiyənin “beyin mərkəzləri” arasında.

Bu barədə AzerTimes-a açıqlamasında rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko bildirib.

“Darya Duqinaya qarşı törədilmiş terror aktı həm Moskvada, həm də Ankarada olan siyasi elitalara ünvanlanmış mesajdır”, – deyə həmsöhbətimiz qeyd edib.

Onun sözlərinə görə, Darya məqsədli, gənc, gözəl, ağıllı, gələcək üçün güc və niyyətlərlə dolu birisi idi.

Qeyd edək ki, avqustun 20-də axşam Moskva vilayətində hərəkət edən “Toyota” markalı avtomobildə partlayıcı qurğunun işə düşməsi nəticəsində Darya Doqina ölüb.

Teqlər: