Rəcəb Tayyib Ərdoğanın “Azov” terrorçularını Zelenskiyə təhvil verməsi və Türkiyə ilə Ukrayna arasında hərbi-texniki əməkdaşlığın genişləndirilməsi barədə verdiyi qərarlar Moskva üçün ağrılı sürpriz oldu. Moskva Ərdoğanın son prezident seçkisində onun qələbəsinə aktiv töhfə verirdi. Moskva ilə Ankara arasında ənənəvi məsləhətləşmələr və mövqelərin əlaqələndirilməsi kanallarından (Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Kəşfiyyat Nazirliyi) bu dəfə istifadə olunmayıb. Və ya onlardan istifadə etməməyə qərar veriblər.
AzerTimes xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.
“Bu, deyəsən, birbaşa Moskva-Ankara (Ankara-Moskva) ekspert kanalının yaradılması zərurətini aktuallaşdırır, xüsusən də həm Türkiyə Xarici İşlər Nazirliyinin indiki rəhbərinin, həm də MİT direktorunun əvvəlki keçmişini nəzərə alsaq. Bu kanal mövcud ənənəvi kanallardan müstəqil fəaliyyət göstərməlidir. Və belə bir ekspert kanalı nə qədər tez işləsə, bir o qədər yaxşıdır. Ankara Moskvanın ondan nə gözlədiyini aydın başa düşməlidir. Və eyni zamanda, Moskva – Ankaranın ondan istədiyini”, – o bildirib.
Qeyd edək ki, Türkiyədən səfərdən qayıdan Ukrayna lideri Vladimir Zelenski “Azov” batalyonunun 5 komandirini də özü ilə aparıb. Kreml sözçüsü Dmitri Peskov isə bunu razılaşmaların pozulması adlandırıb. Belə ki, razılaşmaya əsasən, Rusiya əsirliyindən azad edilən “Azov” komandirləri münaqişənin sonuna qədər Türkiyədə qalmalı idi.