Koronaya görə Bakıdakı Dünya Kubokuna qatılmayacaqlar

Koronaya görə Bakıdakı Dünya Kubokuna qatılmayacaqlar

Bakı İdman Sarayında keçiriləcək yunan-Roma güləşi üzrə Dünya Kubokunun proqramında dəyişiklik edilib.

Azərbaycan Güləş Federasiyasından AzerTimes-a verilən məlumata görə, Serbiya yığması yarışda iştirak edə bilməyəcək. Bu komandanın əksər üzvlərində COVİD-19 virusu aşkarlanıb.

Beləliklə, Dünya Kubokunda 5 komandanın – Azərbaycan, Türkiyə, İran, Qırğızıstan və Dünya yığmasının iştirak edəcəyi dəqiqləşib. Serbiya millisiylə eyni qrupda yer alan Azərbaycan və Dünya yığmasına texniki qələbə veriləcək.

Teqlər: