Koronavirusun yeni və ən təhlükəli ştammı barədə xəbərdarlıq edilib

Botsvana, Cənubi Afrika və Honq-Konqda 10 nəfərdə B.1.1.529 adlı yeni növ koronavirus ştammına yoluxma halı qeydə alınıb. Bu, COVİD-in ən təhlükəli variantı ola biləcəyi ehtimal edilir.

Trend xəbər verir ki, yeni COVID-19 ştammında 32 mutasiya var ki, bunlardan bəziləri onun yüksək ötürücülüyünü və vaksinlərə qarşı müqavimətini göstərir.

London Universitet Kollecinin genetiki Fransua Ballou təxmin edib ki, yeni ştammın “delta” variantına nisbətən anticismlərə müqaviməti daha çox olacaq. B.1.1.529-da çoxsaylı mutasiyalar virusun immun çatışmazlığı olan xəstədə yarandığını göstərir.

Teqlər: