Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yeni B. 1.1.529 ştammına Yunan əlifbasının “omikron” hərfi ilə adlandırıb.
AzerTimes-ın məlumatına görə, bu barədə ÜST-nin saytında yerləşdirilən açıqlamada deyilir.
Açıqlamada bildirilir: “ÜST B.1.1.529-u “omikron” adlı “VOC” (narahatlıq doğuran variant – red.) kimi təyin edib”.
Həmçinin qeyd edilir ki, koronavirusun bu variantında çox sayda mutasiya var və bəziləri narahatlıq doğurur. Bundan əlavə, ilkin məlumatlar bu ştamma yoluxma riskinin yüksək olduğunu göstərir.