Koronavirusun unikal xüsusiyyəti müəyyən edilib

Xəbər - Orxan Nəbiyev – Trend:

Koronavirus bütün xroniki patologiyaları kəskinləşdirir və orqanizmdə ciddi pozuntulara gətirib çıxarır.

AzerTimes-ın məlumatına görə, bunu rusiyalı allerqoloq-immunoloq Vladimir Bolibok deyib.

O bildirib ki, COVID-19 infeksiyası yoluxmaya qədər orqanizmdə gizli qalan problemləri üzə çıxarır, tamamilə sağlam insanlar isə bu xəstəliyi simptomsuz keçirir: “Koronavirusun unikallığı ondadır ki, bu virus orqanizmimizin çoxlu sayda hüceyrəsinə zərər vurur”.


Həkim bildirib ki, xəstəliyin daha bir təhlükəsi insult ehtimalıdır. Beyin damarlarının istənilən zədəsi COVID-ə yoluxma zamanı insulta gətirib çıxara bilər.

Teqlər: