Koronavirusun mutasiyalarının gözlənilməz olduğundan qorunma tədbirləri davam etdirilməlidir – ÜST

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun mutasiyalarının gözlənilməz olduğundan virusa qarşı qorunma tədbirlərinin davam etdirilməsinə çağırır.

AzerTimes-ın məlumatına görə, bunu “Rossiya-24” telekanalına müsahibəsi zamanı ÜST-nin Rusiyadakı nümayəndəsi Melita Vuyanoviç deyib.

M.Vuyanoviç bildirib: “Yeni mutasiyalar bütün laboratoriyaların ciddi nəzarəti altındadır. Rusiyada da genetik tədqiqatlar aparılır. …> Hansı mutasiyaların olacağını və mutasiyalara nələrin səbəb olacağını heç kim qabaqcadan görə bilməz, bu səbəbdən qorunma tədbirlərin davam etdirilməsi çox vacibdir”.


ÜST-nin nümayəndəsi qeyd edib ki, tibbi maskalardan istifadə, şəxsi gigiyena və sosial məsafə pandemiya ilə mübarizədə zəruri tədbirlərdir: “Mümkün olan hər şeyi etmək çox vacibdir: həm peyvəndlər, həm fiziki məsafə, həm gigiyena, həm də maskalar, çünki virusun yayılmasını dayandırmalıyıq”.