Xəbər - Elçin Mehdiyev – Trend:
Koronavirusun müalicəsi üçün Azərbaycana yeni dərmanların
gətirilməsi nəzərdə tutulur.
AzerTimes-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev
deyib.
O bildirib ki, yeni dərmanların gətirilməsi üçün həkim rəylərini
gözləyirik.
“ABŞ-da və digər ölkələrdə yeni dərmanlar çıxıb. Bunun
koronavirusun müalicəsinə təsirləri olduğu deyilir. Biz də Səhiyyə
Nazirliyinin Elmi Tibbi Şurasından həkim rəyi gözləyirik. Onlar
təsdiqləsələr ki, bu dərmanlar effektivdir, o zaman həmin dərmanlar
ölkəyə gətiriləcək”, – deyə o bildirib.